Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar görüş keçirilmişdir

Xaçmazda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar görüş keçirilmişdir

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar kitabxana ictimaiyyəti və ziyalılar ilə görüş keçirilmişdir. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Bakı Dövlət Unversitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı, Azərbaycan Yazıçılar Birliyinin  üzvləri, şairə İradə Əlili və Fərqanə Mehdiyeva, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Vüsalə Yusifova və Almaz Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, “Ulduzlar” ədəbi məclisinin sədri Fərazlı Ziyanur, həmçinin region ziyalıları, kitabxanaçılar və digər mədəniyyət işçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Regional Mədəniyyət İdarənin rəisi N.Ağayev dövlətimiz tərəfindən kitaba, kitabxana işinə, eləcə də ziyalılara göstərilən diqqət və qayğıdan danışaraq belə tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətindən danışdı. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev kitabxana sahəsində görülən işlərdən, yeniliklərdən söz açdı. Bakı Dövlət Unversitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı öz çıxışında kitabxanaların işi, elektron kitabxana, sosial şəbəkələrdə kitabxanaların   fəaliyyətindən  bəhs edərək, “Mütaliə mədəniyyəti” mövzusunda fikirlərini bölüşdü. Azərbaycan Yazıçılar İttifaqının üzvləri, şairə İradə Əlili və Fərqanə Mehdiyeva çıxışlarında  kitabxanaların fəaliyyətində sosial həyatımızı narahat edən bir sıra vacib məsələlərə -   narkomaniya, erkən nikah və s. yönəltməyin vacibliyini vurğuladı, kitabxanaların bu işdə maarifləndirici kimi çıxış etməklə ictimaiyyətlə  kitabxanaların əlaqələndirilməsinin əhəmiyyətini qeyd etdi.

Daha sonra digər iştirakçılar mövzu ətrafında fikirlərini bildirdilər.

 

M,MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Noyabr 2018 11:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə