Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbülfəs Qarayev UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidentini qəbul etmişdir

Əbülfəs Qarayev UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidentini qəbul etmişdir

Görüş zamanı BTİ ilə Azərbaycan arasındakı mədəni əlaqələr müzakirə olunmuş və gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yeni təkliflər irəli sürülmüşdür. Nazir Əbülfəs Qarayev Beynəlxalq Teatr İnstitutu ilə Azərbaycan teatrları arasında münasibətlərin mütəmadi olaraq inkişaf etdirilməsi və yeni mədəni layihələrin həyata keçirilməsi məsələlərini  diqqətə çatdırmışdır.

Mohamed Saif Əl-Əfham noyabr-ın  %-də  tarixində start götürən V Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Azərbaycana səfər etməkdən məmnunluğunu bildirmişdir. Söhbət əsnasında onun Əl-Füceyrədə keçirilən Beynəlxalq Monodram Forumunun prezidenti olduğu vurğulanmışdır. Mohamed Saif Əl-Əfham rəhbəri olduğu bu forumda Azərbaycanlı teatr xadimlərinin də iştirak etməsi arzusunu bildirmişdir.

Eyni zamanda, BTİ-nin Dünya Konqresinin 2020-ci ildə Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunmuşdur. Görüş V Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam etmişdir.

 

​Daha sonra Mohamed Saif Əl-Əfham Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkili üçün cənab nazirə öz minnətdarlığını bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Noyabr 2018 11:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə