• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu İran rəsmisi ilə görüşüb

Mövlud Çavuşoğlu İran rəsmisi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İran prezidenti aparatının rəhbəri Mahmud Vaezi ilə görüşərək iki ölkəni maraqlandıran bir sıra aktual məsələləri müzakirə edib. Bu barədə Türkiyə diplomatiyasının rəhbəri özünün “Twitter” səhifəsində yazıb. 
“Anadolu” agentliyi İranın yerli informasiya mənbələrinə istinadən yazır ki, Mahmud Vaezi İran dövlətinin ­başçısı Həsən Ruhaninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunu gətirib. Dünən onun Türkiyənin dövlət başçısı tərəfindən qəbul edilməsi gözlənilirdi. 
Yeri gəlmişkən, Mövlud Çavuşoğlunun Ankarada gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova jurnalistlərə deyib ki, S.Lavrov 13-14 avqustda Ankarada keçiriləcək Səfirlər Konfransının 10-cu iclasında iştirak edəcək. 
M.Zaxarovanın sözlərinə görə, S.Lavrov  və M.Çavuşoğlu bir sıra beynəlxalq problemləri, o cümlədən Suriyadakı vəziyyəti, Yaxın Şərq, Zaqafqaziya, Orta Asiya, Ukrayna və digər ölkələrlə bağlı məsələləri müzakirə edəcəklər. 
Rusiya və Türkiyənin xarici işlər nazirləri həmçinin iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Diqqət mərkəzində “Türk axını” qaz layihəsi, “Akkuyu” atom stansiyasının tikintisi və başqa iri layihələrin icrası olacaq.   
Yeri gəlmişkən, Rusiya XİN-in mətbuat katibi ABŞ hökumətinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları pisləyib. M.Zaxarova sanksiyaları qeyri-qanuni adlandıraraq, Moskvanın Britaniyada Sergey və Yuliya Skripalların zəhərlənməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
Xatırladaq ki, ABŞ hökuməti tərəfindən bu il avqustun 22-dən başlayaraq qüvvəyə minəcək yeni sanksiyalar əsasən elektron mallar kimi milli təhlükəsizlik baxımdan həssas əmtəənin Rusiyaya ixracına şamil olunacaq.
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti”

10 2018 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin