• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Taliban” yenidən fəallaşıb

“Taliban” yenidən fəallaşıb

“Taliban” yaraqlıları Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhəri istiqamətində hücuma keçiblər. Bu barədə  “Reuters” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, yaraqlılar bir neçə istiqamətdən vilayətin mərkəzinə daxil olmağa cəhd ediblər. Hazırda hökumət qüvvələri və “Taliban” arasında gedən şiddətli döyüşlər səbəbindən Kabil-Qəzni avtomobil magistralı bağlanıb. Əyalət şurasının nümayəndəsi Həmidullah Navrozi yerli telekanala müsahibəsində deyib ki, Əfqanıstan ordusu kömək göndərməsə, Qəzni şəhəri ­“Taliban” yaraqlılarının nəzarətinə keçəcək.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Regionda İŞİD qruplaşmasının üzvləri də fəallaşıblar.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

 

10 2018 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin