• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 473 Bakı şəhəri, 6 noyabr 2018-ci il
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 540; 2006, № 2, maddə 195; 2014, № 7, maddə 913; 2017, № 4, maddə 623) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin: 
 
 
Kollegiyanın sədri
 
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
 
Kollegiyanın üzvləri:
 
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavinləri;
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.”.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının 
Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin