Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pilotlar tətil keçirib

Pilotlar tətil keçirib

İrlandiyanın “Ryanair” şirkətinin pilotları Avropanın 5 ölkəsində tətil elan edib. Nəticədə 400 aviareys ləğv olunub. Bildirilir ki, Almaniya, İsveç, İrlandiya, Belçika və Niderlandda reyslərin ləğv olunması ümumilikdə 50 min sərnişinə təsir edib. Bildirilir ki, bu, “Ryanair”in tarixində ən böyük tətildir. Qeyd edək ki, tətil pilotların iş şəraiti və əməkhaqqından narazı olması ilə əlaqədar keçirilib.
Xəbəri “İnterfax” verib.

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

10 2018 21:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin