Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru ilə görüş

İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru ilə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru Mikele Bulyeze ilə görüşüb. Görüş zamanı Azərbaycan və İtaliya respublikaları arasında ali təhsil səviyyəsindəki əməkdaşlığa toxunan nazir müavini Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisasının yaradıldığını qeyd edib. Firudin Qurbanov həmçinin vurğulayıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ali təhsil müəssisələri siyahısına İtaliyanın 13 ali təhsil müəssisəsi daxil edilib və ümumilikdə 48 Azərbaycan vətəndaşı İtaliyada təhsil almaq hüququ qazanıb. Həmçinin Ka Foskari Venesiya Universitetinin mütəxəssisləri tərəfindən Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin müəllimləri üçün iki həftəlik intensiv italyan dili kurslarının təşkil edilməsi yüksək qiymətləndirilib.

Mikele Bulyeze rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, xarici dillər və iqtisadiyyat üzrə ixtisaslaşan Ka Foskari Venesiya Universitetində 40-a yaxın xarici dil tədris olunur. Universitetdə həmçinin “Azərbaycanın xarici siyasəti” fənni tədris olunur və yaxın gələcəkdə universitetdə Azərbaycan dilinin tədrisi bərpa olunacaq. Qonaq 2018-ci ildə 35 Azərbaycan vətəndaşının Ka Foskari Venesiya Universitetində təhsil almaq hüququnu qazandığını qeyd edib və Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

      

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

7 Noyabr 2018 17:04 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə