Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Günərzi qayğı mərkəzinin uşaqları üçün yay düşərgəsi

Günərzi qayğı mərkəzinin uşaqları üçün  yay düşərgəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin uşaqları üçün Şəki və Qax rayonlarında yay düşərgəsi təşkil olunub.

“İnkişaf Naminə İdman” İctimai Birliyi  tərəfindən yaradılan mərkəzə çətin həyat şəraitində yaşayan 30-dan çox uşaq (o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar) qəbul edilib. Onlar gündəlik olaraq və gün ərzində yarımstasionar formada sosial xidmətlərlə təmin olunurlar.

Burada uşaqlar həmçinin müxtəlif dərnəklərə cəlb edilməklə ilkin bacarıqları inkişaf etdirilir, onların cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır. Eyni zamanda, Ağcabədi rayonunda yay fəslində havaların isti keçdiyi nəzərə alınmaqla, mərkəzdəki uşaqların yay aylarında respublikanin digər sərin bölgələrində yay düşərgələri təşkil edilir.

Rayonun yerli iş adamlarının dəstəyi ilə Şəki və Qax rayonlarında yay düşərgəsinin təşkil olunması belə tədbirlərin davamıdır. Beş gün davam edəcək tədbirdə məqsəd mərkəzə qəbul edilmiş çətin həyat şəraitində yaşayan uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın gözəl təbiətə malik olan bölgələrində dincəlmələri, dünyagörüşlərinin artırılmasıdır.   

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

30 2018 15:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə