Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib

Noyabrın 6-da 132-134 nömrəli Təhsil Kompleksində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib. İnfotur  informasiya texnologiyaları sahəsində ölkədəki qabaqcıl şirkətlərin nümayəndələrini layihə ilə yaxından tanış etmək məqsədi daşıyıb. 10-a yaxın şirkət nümayəndəsinin qatıldığı tədbirdə qonaqlar əvvəlcə yeni formatda keçirilən “İnformatika” dərsinin gedişi ilə tanış olublar.

Sonra “Yeni tədris metodunun şagirdlərə müsbət təsiri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin “İnformatika” fənnini mənimsəməsində rolu müzakirə olunub. “Microsoft”, “Edumedia”, “SAP”, “Bestcomp”, “İTE”, “AzEduNet”, “İT STEP” Kompüter Akademiyasının, həmçinin Təhsil Nazirliyinin nümayəndələri “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihənin rolunu yüksək qiymətləndiriblər. “İnformatika” fənninin tədrisində təcrübi məşğələlərə daha çox vaxt ayrılması xüsusi qiymətləndirilib və yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub.

                       

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

7 Noyabr 2018 16:53 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə