Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb

Aİİ-də Tələbə Gənclər Təşkilatı yaradılıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatının  yaradılması ilə bağlı iclas keçirilib.  

İclasda Aİİ-nun ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tələbə Gənclər  Təşkilatları (TGT) ilə iş departamentinin direktoru Ləman Cavadova və institutun tələbələri iştirak ediblər.

Tələbə Gənclər  Təşkilatları ilə iş departamentinin direktoru Ləman Cavadova çıxış edərək, təşkilat üzvlərinin və sədrin seçilməsi ilə bağlı qaydaları izah edib. Sonra institutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə mövcud olan 9 qrupun hər birindən bir nəfər olmaqla, Aİİ Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə namizəd seçilmiş tələbələr tanıtım slaydı və platforma ilə təqdimat ediblər. Beşnəfərlik Təftiş Komissiyası müəyyənləşdikdən sonra, irəli sürülmüş namizədlər arasından açıq səsvermə yolu ilə dinşünaslıq ixtisasından III kurs tələbəsi Bəhmən Əsədli Aİİ Tələbə Gənclər Təşkilatının sədri seçilib.

Sonda dekan Mirniyaz Mürsəlov çıxış edərək, Aİİ Tələbə Gənclər Təşkilatı üzvlərinin və sədrin üzərinə düşən vəzifə məsuliyyətini xatırladıb, onların təhsil və tədrisdə, institutun ictimai həyatında daha fəal olmalarının, digər tələbələrə nümunəvi davranışlarla örnək göstərmələrinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ATGTİ Azərbaycan Respublikası Prezidenti Administrasıyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli sərəncamına əsasən yaradılıb. İttifaq Azərbaycan Respublikasının 96 dövlət və özəl ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirir.  

 

“Xalq qəzeti”

7 Noyabr 2018 16:41 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə