Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda test müsabiqəsi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, təhsil şöbəsi və  Yeni Azərbaycan Partiyası şəhər təşkilatı birlikdə “9 Noyabr – Dövlət Bayrağı və 12 Noyabr–Konstitusiya Günü”nə həsr edilmiş test müsabiqəsi keçirmişlər.          

Bilik yarışında çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Baş idarənin sektor müdiri Rüfət Mahmudzadə, təhsil şöbəsinin metodiki kabinetinin direktoru Gülbahar Haqverdiyeva və başqaları Dövlət Bayrağı və Konstitusiyamızın yaranma tarixindən danışmış, qarşıdan gələn hər iki əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmişlər. Bildirilmişdir ki, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, məktəblilər arasında dövlət rəmzlərini təbliğ etmək, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini gücləndirmək istiqamətində yeni üsullar tətbiq etməkdir.

Müsabiqədə Sumqayıt şəhərindən, Qubadlı və Abşeron rayonlarından 100-ə yaxın orta ümumtəhsil məktəbin IX-XI sinif şagirdləri öz bilik və bacarıqlarını sınamışdır. Gərgin şəraitdə keçən bilik yarışının sonunda qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri, həmçinin hər bir iştirakçıya Konstitusiya kitabı təqdim edilmişdir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

7 Noyabr 2018 16:34 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə