Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda ikinci “Çay, çəltik və sitrus” festivalı

Lənkəranda ikinci “Çay, çəltik və sitrus” festivalı

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 10-da   Heydər Əliyev xatirə parkında keçiriləcək ikinci ənənəvi “Çay, çəltik, sitrus festivalı” əsl məhsul bolluğu bayramı olacaq.  

Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü dillər əzbəri”, “Sitrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırar” və sair adlı örtülü pavilyonlar quraşdırılır. Bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək. Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo”dan bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

Festivalda bədii özfəaliyyət kollektivləri rəngarəng müsiqi nömrələrini ifa  edəcək, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.

Festival axşam saatlarında şəhər Mədəniyyət Mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.  

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

7 Noyabr 2018 16:31 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə