• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-nun nümayəndə heyəti Vilnüsdə növbəti təlimdə iştirak edir

ATMU-nun nümayəndə heyəti  Vilnüsdə növbəti təlimdə iştirak edir

Respublikamızın ali məktəbləri sırasında dünyanın nüfuzlu universitetləri və beynəlxalq qurumları ilə əməkdaşlıq müqaviləsi imzalayanlardan biri də Azərbaycan Turizm və Menecment Universitetidir. Qeyd edək ki, müvafiq əməkdaşlıq müqavilələrində ortaq elmi proqramların, konfransların təşkili, eləcə də müəllim- tələbə mübadiləsi ilə yanaşı, tələbə mobilliyinin genişləndirilməsi məsələsi də nəzərdə tutulur.

Litvanın Vilnüs şəhərində Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlimlərə ATMU nümayəndələri də qatılıblar.

Təlimlərə Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində start verilib. Tədbirin növbəti mərhələsinin isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkili nəzərdə tutulub. Ali təhsildə keyfiyyət təminatı üzrə tanınan mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndənin olduğu bildirilir. “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində öz işini uğurla  davam etdirən təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsində tədris işləri üzrə prorektor İranə Əliyeva, layihənin ATMU üzrə meneceri Flora Ələsgərova, keyfiyyət təminatı bölməsinin rəhbəri Simnar Məmmədov təmsil edirlər.

Təlimlərin təşkilində başlıca məqsəd Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması ilə yanaşı, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Noyabr 2018 15:22 - TƏHSİL
TƏHSİL
19 Noyabr 2018 | 18:21
IV SABAH Tələbə Debat Forumu

Ən son xəbərləri səhifəmizdən də izləyin