Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb

Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb

Bu ilin iyul ayı ərzində vergi orqanlarına 7 min 803 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azdır.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 86,9 faizi ərizə, 13 faizi şikayət, 0,2 faizi isə təklif xarakterli olub.

Baxılmış müraciətlərdən 71,9 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub, 25,1 faizi barədə müvafiq izahatlar verilib, 1,1 faizi əsassız sayılıb, 1,08 faizi baxılmamış saxlanılıb, 0,6 faizi aidiyyəti üzrə göndərilib, 0,1 faizi ilə bağlı icraata xitam verilib, 19,5 faizi isə icradadır.

Müsbət həll olunmuş müraciətlərin 45,2 faizi müxtəlif arayışların alınması, 29,3 faizi kameral vergi yoxlamaları, 12 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

10 2018 17:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin