Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi açılıb

Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi açılıb

science.gov.az saytından verilən xəbərə görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə sərgi açılıb. 

Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz”, “Milli birlik”, “Dövlət bayrağına münasibət qaydası”, “Milli-mənəvi dəyərimiz”, “Fəthin yolu”, “Азербайджанская Республика 100”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” və digər kitablar nümayiş olunur.  

Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi noyabrın 16-dək davam edəcək.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

7 Noyabr 2018 12:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə