Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının üzvləri mədəni marşrutlar layihəsi çərçivəsində bölgələrə səfər edib

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının üzvləri mədəni marşrutlar layihəsi çərçivəsində bölgələrə səfər edib

Səfər çərçivəsində Həmkarlar İttifaqının 40 nəfərə yaxın üzvü Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında olmuşdur.

Mədəniyyət Nazirliyinin dəstəyi və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən XIII Nar festivalında iştirak etmiş, festivalın nar məhsullarının sərgi-yarmarkasına baxmış, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qruplarının, kəndirbaz və idmançıların çıxışlarını izləmişlər. Günün ikinci yarısı növbəti səfər Qəbələ rayonuna olmuşdur. Rayonun tarix mədəniyyət obyektlərinə baxış həyata keçirilmişdir.

Sonra  iştirakçılar  İsmayıllı rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzini, daha sonra Şamaxı rayonunda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmişlər.

Qeyd edək ki, İsmayıllı rayon Mədəniyyət Mərkəzində qonaqlar üçün Lahıc və İvanovka folklor qruplarının konsert proqramı təşkil olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Noyabr 2018 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə