Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kinoklubun ilk görüşü keçirilmişdir

Kinoklubun ilk görüşü keçirilmişdir

Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar milli və dünya kino incilərini Azərbaycan tamaşaçılarına daha da yaxından tanıtmaq, eləcə də tamaşaçılarla yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Kino klub” yaradılmışdır.

Nizami Kino Mərkəzində kinoklubun ilk görüşü keçirilmişdir. Gecənin moderatoru Əməkdar İncəsənət Xadimi, rejissor və kinoşünas Ayaz Salayev tamaşaçılara Roman Polanskinin “Acı ay” bədii filmi barədə məlumat vermiş və daha sonra film nümayiş olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Noyabr 2018 12:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə