Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milena Nəbiyevanın “Payızımın çalarları” fərdi sərgisi

Milena  Nəbiyevanın “Payızımın çalarları” fərdi sərgisi

Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin  dəstəyi  ilə  Muzey  Mərkəzinin  Sərgi Qalereyasında  Milena  Nəbiyevanın  “Payızımın  çalarları”  adlı  ikinci  fərdi  sərgisi  keçirilir.

Sərgi  çərçivəsində  müəllifin  60-dan çox  rəsm əsəri  nümayiş etdirilir.    Milena  Nəbiyevaya  özünün  yaradıcılıq  üslubunu  tapmağa,  bədii  icra  imkanlarını  bir  qədər  genişləndirməyə  imkan  verən  dekorativ-tətbiqi sənət sahəsi kömək etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  Muzey  Mərkəzinin  Sərgi Qalereyasının  rahat  zalları  rəssamın  sözlərinə  görə,  ona  o  qədər  doğma  olmuşdur  ki,  ikinci  fərdi  sərginin  keçirilməsi  üçün yer seçimi artıq əvvəlcədən bəlli idi.  2017-ci  ilin    fevralında    sənətə  dəyər  verənlər,  tənqidçilər  və  sənət  həvəskarları   artıq  Ankara  və  Sankt-Peterburqda  keçirilən  sərgilərdə  iştirak  etməyə  müvəffəq  olmuş, böyük sənət yolunda ilk addımlarını atan rəssamın  yaradıcılıq  “palitrası”  ilə  tanış  olmaq  imkanı əldə etmişdilər. O  zaman,  soyuq  fevral  günlərində  onun  rəsm  əsərləri  tamaşaçılara  parlaq  yayın  dadını  və  ya  payız  təmtərağının  zənginliyini  bəxş edərək,  boyaların  parlaqlığı  və  onların  Sarovski  kristallarının  parıltısı ilə birləşməsi  hesabına  Muzey  Mərkəzinin Sərgi Qalereyasının  zallarını,  sözün  əsl  mənasında    isitmiş  və al-əlvan  rənglərə  boyamışdı...   

 “Payızımın  çalarları”  adlı  sərgi  sanki  rəssam  və  onun  tamaşaçısı  arasında  il yarım bundan  əvvəl başlanmış dialoqun  davamıdır.  Bu  layihə  çərçivəsində  Milena  Nəbiyevanın əsərləri  artıq  müəllifin  şəxsi  inkişafının  müəyyən  mənada  yenidən  qiymətləndirilməsi  kimi  görünür. 

Sərginin  ideyasının  əsasında  ilin  fəsillərinin  dəyişməsinə insanın münasibəti əks etdirən fəlsəfə durur. Rəssamın özü qeyd edir ki, “Mənim  fikrimcə,  biz  özümüzü  qışdan  sonra  başlayan  yaz  kimi,  payızın  yayı əvəz  etdiyi  kimi,  dövriliklə  dərk  edirik.  Bu  ildən  ilə  belə  davam  edir,  ona  görə  ki,  idrak  və  dərk  etmə  prosesi  bizim  bütün  həyatımız  boyunca    dayana  bilməz  və  dayanmamalıdır.  Əks  halda,  insanın  onu  əhatə edən  dünyanın  bütün  gözəlliklərini  hiss  etmədiyi  “ruhun  və  ürəyin  ölümü”  başlayır.  Bu  xüsusilə  də  yaradıcılıq  yolunu  seçmiş  insanlara  aiddir.  Mən  həyatın  zəfərini  və  onun  dərk  edilməsinin  sonsuz  xoşbəxtliyin  əsərlərində  tərənnüm  etməyə    çalışmışam  ki,  bunlar  da  “Mənim  payızımın  çalarları”nda  öz  əksini  tapmışdır. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Noyabr 2018 11:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə