Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-nin “e-sosial” portalının işləri yekunlaşıb

ƏƏSMN-nin  “e-sosial” portalının işləri yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “e-sosial” internet portalının yaradılması işləri artıq yekunlaşıb.

Portal Azərbaycanda ilk dəfə sosial reyestrin formalaşdırılmasına imkan verir. Bu reyestr vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edir.

İstifadəçilər portalda qeydiyyatdan keçdikdən sonra nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlarla bağlı mövcud məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı,  sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) öz şəxsi kabinetində görəcəklər.

Onlar bu portal vasitəsilə nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə e-xidmətlərdən real vaxt rejimində faydalana biləcəklər.

Yeni “e-sosial” portalı geniş funksional imkanları özündə cəmləşdirməklə, eyni zamanda, dövlət sosial xidmətlərinin vahid platforma üzərindən, sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına şərait yaradacaq.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, portal hazırda qısamüddətli sınaq mərhələsindədir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Noyabr 2018 10:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə