• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir Erkan Özoral: Cocuq Mərcanlıda suvenir fabriki tikilir

Səfir Erkan Özoral: Cocuq Mərcanlıda suvenir fabriki tikilir

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvenir fabrikinin tikintisi aparılır.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu layihə Türkiyənin Beynəlxalq  Əməkdaşlıq və İnkişaf Agentliyinin (TIKA) təşəbbüsüdür:  “Hazırda TIKA-nın həyata keçirdiyi işlər çərçivəsində kənd ərazisində istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Bunlarla paralel olaraq suvenir fabrikinin tikintisi davam edir”.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi ilə Türkiyə səfirliyinin birgə layihələri çərçivəsində Cocuq Mərcanlıda 15 istixana quraşdırılıb. Bundan başqa, 15 ailəyə 10 arı ailəsi və müxtəlif arıçılıq avadanlıqları verilib.

6 Noyabr 2018 16:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin