• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib

Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib

TASS agentliyinin məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbələr endirilməsini pisləyib.

Baş katib həlak olanların ailəsinə başsağlığı verib. BMT-nin baş katibi tərəfləri problemi siyasi yolla həll etməyə  çağırıb.

Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin öz “Twitter” səhifəsində yaydığı məlumata görə, Saada şəhərinə aviazərbə nəticəsində ölənlərin sayı 50-yə çatıb, habelə 77 nəfər yaralanıb.

Ərəb koalisiyası öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.

Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti

10 2018 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin