Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdədə torpaqların uçot sistemi hazırlandı

Bərdədə torpaqların uçot sistemi hazırlandı

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Bərdə rayonunda praktiki istifadəyə verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 2-də Bərdə rayonunda İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub.

Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, bu işlərin rayonda torpaqların səmərəli inzibatçılığına və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izah edilməsi təqdimatın əsas məqsədidir. Tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Bərdə rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirildi.  

Hazırlanmış uçot işləri Bərdə rayonunun bələdiyyə hüdudları daxilində 80,5 min hektar­­­­ torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bəlli olub ki, 30,8 min hektar­­­­ bələdiyyə, 9,3  min hektar­­­­ dövlət, 40,4 min hektar­­­­ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 59,8 min hektara yaxını (74,3 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 49,3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 45,1 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların  hesabına artaraq 49,3 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 15,6 minə yaxınının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.

Tədbirin sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 16:11 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə