Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın ilk hərracında 122 dövlət əmlakı özəlləşdiriləcək

Dekabrın ilk hərracında 122 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri dekabrın 4-də keçiriləcək. Ayın ilk hərracında vətəndaşlar 122 dövlət əmlakı üzrə seçim edə biləcək. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, təsərrüfat sahələri, poliklinika və digər əmlaklar aiddir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m aralığındadır. Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Əmlak kompleksidir. Obyektin ümumi faydalı sahəsi 838.3 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 2853.4  kv.m-dir. İnvestora yüksək gəlir qazandıra biləcək əmlaklar kimi Qusar Tədarük Satış Bazasını, Şəmkir yun tədarükü məntəqəsini, paytaxtın Xəzər rayonunda yerləşən yardımçı təsərrüfatı, 4 saylı kafeni də göstərmək olar.

Kiçik biznes fəaliyyətində əlverişli xidmət və ofis obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612,1 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 5-i Sumqayıtda, digərləri isə paytaxtın ayrı-ayrı rayonlarında yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 16:10 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə