Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni inşa edilən yaşayış binaları çıxarışla təmin edilir

 Yeni inşa edilən yaşayış binaları çıxarışla təmin edilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 5-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ictimai xidmətlər respublikanın daha bir iri şəhərində göstərildi. Belə ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 2 yaşayış binasının sakinləri kampaniyanın fürsətlərindən istifadə etdilər. 16 mərtəbəli, 180 mənzilli və tək girişli binada yaşayan vətəndaşlardan 110 nəfəri səyyar xidmət ofisinə müraciət etdi. Sakinlərin 50-nə mənzillərinə dair hazır çıxarışlar təqdim olundu. Yaşayış binasında yaşayan digər 60 sakindən çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edildi.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində 40 sakinə həm də hüquqi xidmətlər göstərildi. Səyyar ofisə müraciət edən vətəndaşların sualları komitə əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırıldı. Onlara qeydiyyatla bağlı sənədlər, aparılan prosedurlar, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumatlar verildi.

 “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 5-8 noyabr tarixlərində, saat 09:00-dan 17:00-a qədər Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsidir (Bələdiyyəsinin inzibati binasının qarşısı). Komitə əməkdaşları tərəfindən sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 15:58 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə