Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb

Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb

Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb və orta məhsuldarlıq 14,6 sentner təşkil edib. Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu “Azərpambıq ASK” MMC-nin 25936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.

Ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb.

Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən təxminən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.

                                                

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 15:53 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə