Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlyazmalar İnstitutu ilə İranın Gilan Universiteti arasında əməkdaşlıq barədə razılıq əldə edilib

İran İslam Respublikasının Gilan Universitetinin professoru Seyid Haşəm Musəvi və Abbas Pənahi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

www.science.gov.az saytı yazır ki, institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov və fil.ü.e.d., prof. Raqub Kərimovla görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, burada qorunub saxlanılan əlyazmalar və aparılan tədqiqat işləri barədə məlumat verilib. İranlı alimlər isə öz növbəsində Gilan vilayətinin tarixinə dair sənədlər və digər əlyazma abidələrilə maraqlandıqlarını bildiriblər.

Görüşün sonunda Əlyazmalar İnstitutu ilə Gilan Universiteti arasında gələcək elmi əməkdaşlıq barədə razılıq əldə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 15:46 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə