Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Poisk” qəzeti Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumdan yazıb

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk" qəzetinin növbəti nömrəsində Bakıda keçirilən VI Beynəlxalq Humanitar Foruma dair geniş məqalə dərc edilib.

Məqalədə bildirilir ki, “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. 

Forumda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu cür mötəbər tədbirlərdə qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyini, mühüm qərarların qəbul olunduğu deyib. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 15:31 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə