Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı geoloqlar Türkiyədə beynəlxalq konfransda iştirak ediblər

Antalyada UNESCO-nun təşkilatçılığı ilə “Dördüncü daş dövründə Xəzər dənizindən Aralıq dənizinə qədər olan ərazidə ətraf dəyişikliyi və bunun insanlara təsiri (2013-2018)” və “Ponto-Xəzər stratiqrafiyası və geoxronologiya (2017-2020)” mövzularında beynəlxalq konfranslar keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbirdə ölkəmizi Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları, AMEA-nın müxbir üzvləri - Dadaş Hüseynov, Tələt Kəngərli və Elmira Əliyeva təmsil ediblər. Alimlər konfransda “Cənubi Xəzərdə palçıq vulkanlarının fəaliyyət dövrü və onun ətraf mühitə təsiri” və “UNESCO-nun geopark yaratmaq perspektivi Azərbaycanın geoloji irsinin qorunması üçün geoekoloji vasitədir” mövzularında məruzələrlə çıxış ediblər.

Bundan əlavə, GGİ-nin əməkdaşları “Beynəlxalq Geoloji Elmlər Proqramı 610” (IGCP 610) layihəsi haqqında da məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi regionlararası və fənlərarası müxtəlif geoloji, arxeoloji və antropoloji məlumatları təmin etməklə Avroasiyanın geoloji tarixini daha dərindən araşdırmaq və onun ətraf mühitə, eləcə də insanlara təsirini öyrənməkdir.

Beynəlxalq konfrans çərçivəsində, həmçinin Şərq-Qərb elmi dialoqonu gücləndirmək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 15:29 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə