Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Aşıq seirinin poetik biçimləri və çeşidləri”

“Aşıq seirinin poetik biçimləri və çeşidləri”

Azərbaycan Aşıqlar Birliyinin sədri, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlının birgə yazdıqları “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

www.science.gov.az saytı yazır ki, kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikası prinsipləri əsasında əlifba sırası ilə açıqlanıb. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapıb. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqətlə öyrənilib və təhlil olunub. 

Filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovun redaktoru olduğu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.                                                          

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Noyabr 2018 15:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə