Ən son xəbərlər
CNN-nin məlumatına görə, Çilidə əmək qanununa edilən əlavələr etirazlara səbəb olub. Paytaxt Santyaqoda təşkil olunan aksiyada tələbə, gənc fəal və həmkarlar ittifaqlarının liderləri iştirak ediblər. Nümayiş iştirakçıları şəhərin əsas küçələrinə çıxaraq qanuna edilən əlavələrə etirazlarını bildiriblər. Aksiya iştirakçıları bunun gənc işçilərin fundamental hüquqlarını məhdudlaşdırdığını iddia edirlər. Nümayiş zamanı polislə toqquşmalar baş verib. Etirazçılar polisə daş parçaları və “Molotov kokteyli” atıb, asayiş keşikçiləri onlara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər. Qeyd edək ki, ötən həftə Çili parlamentinin aşağı palatası qanuna əlavəni qəbul edib.
Elçin ABBASOV,
“Xalqq əzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin