Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaradanlar və yaşadanlar” layihəsi Əməkdar artistin yaradıcılığına həsr olunub

“Yaradanlar və yaşadanlar” layihəsi Əməkdar artistin yaradıcılığına həsr olunub

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən möhtəşəm konsert tanınmış müğənni, Əməkdar artist Kifayət Gəncəlinin yaradıcılığına  həsr olunmuşdu. Konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecədə Xalq artistləri Gülyanaq Məmmədova "Arzum budur",  Nəzakət Teymurova "Uca dağlar", əməkdar artistlər Firuzə İbadova "Qəlbimin səsi", Cavanşir Məmmədov  " Dəli ceyran", Kifayət Gəncəli "Xatırla məni", Arzu Əliyeva "Düz bir ildi", Gülüstan Əliyeva "Xatirələr",  Azərbaycan Televiziyası və Radiosunun solistləri Nurlan Namazov  "Pəri-pəri", Rövşən Əziz "Bəyənmir məni", müğənnilər Məftun Məmmədli "Leyla", Könül Məmmədli "Tələbəlik illəri" mahnılarını ifa ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Noyabr 2018 12:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə