Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İşğal altındakı torpaqlarımızda teatr binaları dağıntıya məruz qalıb”

Bunu V Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, artıq 147-ci ilini yaşayan Azərbaycan teatrı bu gün ölkəmizi xaricdə layiqincə təmsil edir: "Azərbaycan teatrının tarixi bu gün Dövlət İrəvan Teatrının 135 illik tarixindən kənarda düşünülə bilməz. Bu gün teatr xalqımızın başına gələn bəlalardan da kənarda qalmayıb. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu torpaqlarda təkcə mədəni sərvətlərimiz, abidələrimiz dağıdılmayıb, oradakı teatr binalarına da ziyan dəyib. İrəvan, Ağdam, Füzuli, Şuşa teatrları bu gün Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində başqa yerlərdə yenə də öz yaradıcılıq fəaliyyətini dayandırmırlar. Bu fəaliyyət cəmiyyətə sübut edir ki, sənət ölməzdir, daimidir".

Ə.Qarayev deyib ki, bu gün Azərbaycan teatrı yalnız Bakıda deyil , regionlarda da inkişaf edir. Yaxın vaxtlarda Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd olunacaq: "Bu gün Azərbaycanda 26 dövlət teatrı ilə yanaşı, bizim layihələrlə zəngin olan Üns Teatrı, bələdiyyə teatrları var. Biz bütün teatrların fəaliyyətinin dəstəklənməsinə xüsusi önəm veririk və bundan sonra da veriləcək".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Noyabr 2018 12:36 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Aprel 2020 | 10:50
Nəriman Nərimanovun – 150

Köhnə versiyamızdan xəbərləri izlə