• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ İrana qarşı sanksiyaların şamil edilmədiyi 8 ölkənin adını açıqladı

ABŞ İrana qarşı sanksiyaların şamil edilmədiyi 8 ölkənin adını açıqladı

ABŞ  İrana qarşı tətbiq olunan sanksiyaları müvəqqəti olaraq 8 ölkəyə şamil etməyib.

TASS-a istinadən Strateq.az saytı xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo keçirdiyi brifinqdə bildirib. “ABŞ Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə üçün güzəşt edib. Bu ölkələrin hər biri son altı ay ərzində İran neftinin idxalını xeyli azaltdıqlarını nümayiş edib”, – o deyib.

M.Pompeo vurğulayıb ki, may ayından etibarən İranın neft gəlirləri 2,5 milyard dollardan artıq azalıb, bu ölkənin bazarını 100-dən artıq şirkət tərk edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2018 11:07 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin