Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək qanunvericiliyi ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən Bakının Binəqədi rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” mövzusunda seminar keçirib.

İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi seminarda qeyd olunub ki, işçilərin attestasiyası onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2018 11:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə