Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

28 iyul 2018-ci il tarixində Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür. Yanğın çətin relyefli  dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır.

        Qəzənfər  QASIMOV,

        “Xalq  qəzeti"

30 2018 15:32 - EKOLOGİYA
EKOLOGİYA
9 Oktyabr 2019 | 17:12
Güclü külək əsib

Köhnə versiyamızdan xəbərləri izlə