Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında (MKS) “Yubileylər silsiləsi” layihəsi çərçivəsində əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mehdi Hüseynzadə-100” adlı videoçarx hazırlanıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, videoçarxda Azərbaycanın əfsanəvi qəhrəmanının həyatı və keçdiyi döyüş yolu haqqında məlumatlar verilib. İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, Şəmistan Nəzirlinin “Əfsanəvi Mixaylo” kitabları haqqında Azərbaycan və rus dillərində anonslar öz əksini tapıb, arxiv sənədləri və fotolar toplanılıb.

Layihənin ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

10 2018 16:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin