• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Onlar fiziki cəhətdən qüsurludurlar

Onlar fiziki cəhətdən qüsurludurlar

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova sosial şəbəkədə  sağlamlıq imkanı məhdud olan uşaqlara münasibətdən yazıb.  Qeyd edir ki, belə uşaqlara münasibət, əslində cəmiyyətə münasibətdir.

Paylaşımda oxuyuruq: “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB "Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiyası" adlı sosial sifarişi həyata keçirir. Uşaqların vəziyyətinin ilkin dəyərləndirilməsi zamanı çox maraqlı uşaqlarla rastlaşırıq. Xidmətlər üzrə mütəxəssislərimiz uşaqlara son dərəcə humanistcəsinə yanaşırlar. Valideynlərin uşaqlarına qarşı göstərdikləri diqqət və qayğı məni bir az da qürurlandırır. Xəstə uşağa qarşı belə qayğıkeş yanaşma bu gün məni çox həyəcanlandırdı”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2018 16:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin