Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanvermə aksiyası keçirilib

5 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. 

Könüllü qanvermə aksiyasına nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”
                               

5 Noyabr 2018 19:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə