Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manat məbləğində cərimə olunub. Belə hallara yol verilməməsi üçün istixanaya icrası məcburi olan “məcburi göstəriş” verilib.

 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

5 Noyabr 2018 18:55 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə