• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kapadokiyada kitab təqdimatı

Kapadokiyada kitab təqdimatı

Türkiyənin qədim Kapadokya vilayətində Milli Məclisin deputatı Q.Paşayevanın kitablarının təqdimatı olub. Ziyalıların və gənclərin iştirak etdiyi tədbir Üçhisar bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Üçhisar bələdiyyəsinin sədri Ali Karaaslan dəvətlərini qəbul edərək qədim Kapadokyada müəllifi olduğu kitablarının təqdimatını keçirdiyinə görə Q.Paşayevaya təşəkkürünü bildirib və belə tədbirlərin gənclər üçün önəmindən danışıb.

Tədbirin təşkilatçılarına təşəkkür edən Q.Paşayeva onlara Azərbaycandan, Qarabağdan, Kərkük, Axısxa, Krım, Bayırbucaq, Türkməndağı, Təbrizdən, Dərbənd, Borçalı, Kuzey Kıprısdan danışıb və tariximizi yaxşı öyrənməyə çağırıb. Türk millətinin gənc nəsillər üçün kitabın xüsusi önəmi olduğunu diqqətə çatdıran Q.Paşayeva imza məırasiminə toplaşan gənclərinin belə çox sayda olmasından çox məmun olduğunu deyib. Deputat kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından geniş söz açan, ümumiyyətlə türk dünyasının probemləri və çıxış yolları barədə danışan  Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub, harasında yaşamasından asılı olmayaraq hər bir türk ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda bərabər keçirməkdir”,- deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb.

“Kitablara ilk gündən böyük diqqət göstərilməsi bizi çox duyğulandırdı”, – deyən  deputat Türkiyənin bəzi bölgələrində də bu kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

 

Zərifə Bəşirqızı,
“Xalq qəzeti” 

 

10 2018 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin