Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidməti 374 nəfər əlilli işlə təmin edib

Dövlət Məşğulluq Xidməti 374 nəfər əlilli işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib.

Onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib.

Yanvar--iyul aylarında həmçinin Dövlət Məşğulluq Xidməti Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 173  nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. 

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında sosial cəhətdən həssas digər kateqoriyalar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanların 650 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2018 16:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin