Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri davam edir

Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri davam edir

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir. Səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və faciə qurbanlarının xatirəsi yad edilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatının Hollandiya nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib. 
Miqrasiya və diaspor məsələlərinin müzakirə edildiyi görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin rəhbəri müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu və diaspor hərəkatının tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib, qeyd edib ki, miqrantların dəqiq statistikasının aparılması vacibdir. 
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə, öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi və s. istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.
Sonda Təşkilatın Hollandiya nümayəndəliyinə xatirə hədiyyələri təqdim edilib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

5 Noyabr 2018 14:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə