Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seperatçılar məğlub oldular

Seperatçılar məğlub oldular

Yeni Kaledoniya sakinləri Fransadan ayrılaraq müstəqil olmağa yox deyiblər. Frans-Press agentliyinin məlumatına görə, bunu noyabrın 3-də keçirilmiş referendumun ilkin nəticələri göstərir. Səslərin 2/3-nin hesablanması göstərir ki, seçicilərin təxminən 60 faizi Fransanın tərkibində qalmağın tərəfdarıdır. Referendumun təşəbbüskarları yerli xalqları təmsil edən separatçılardır. Bu barədə Strateq.az saytı məlumat verib.

Sayt yazır ki, Sakit okeanda yerləşn Yeni Kaledoniya Fransaya 1853-cü ildə birləşdirilib. Regionun iqtisadiyyatı əsasən nikel hasilatı,turizm və Fransadan ayrılan subudiya üzərində dayanır. Fransa hər il 275 min əhalisi olan bu bölgəyə 1,5 milyard dollar göndərir. Yeni Kaledoniya, Fransanın xüsusi statuslu inzibati-ərazi vahididir. Orda hakimiyyəti Fransa prezidenti tərəfindən təyin edilən ali komisar təmsil edir. Həmçinin region sakinləri Fransa parlamentinin hər iki palatasının hər birinə 2 deputat seçirlər. Yeni Kaledoniyada müstəqilliklə bağlı sonuncu referendum 1998-ci ildə keçirilmişdi. Onda da sakinlər Fransadan ayrımağa yox demişdilər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Noyabr 2018 11:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Noyabr 2018 | 11:14
Seperatçılar məğlub oldular

Ən son xəbərləri səhifəmizdən də izləyin