Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq: Ermənistan tərəfi səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu

Politoloq: Ermənistan tərəfi səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 30 oktyabr tarixində İstanbulda keçirilən üçtərəfli görüşü çərçivəsində Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə imzalanan İstanbul Bəyannaməsi ilə bağlı səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, A.Nağdalyanın 30 oktyabr görüşünün bəyannaməsi haqqında “ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu ilə ziddiyyət təşkil edən və ondan kənarda hər hansı sənədin münaqişənin həllinə heç bir aidiyyəti yoxdur və sünidir” deməsi Ermənistanın səsləndirdiyi bəyanatlarla atdığı addımlar arasında uyğunsuzluğu qabarıq şəkildə göstərir.

Politoloq qeyd edib ki, rəsmi Yerevan bir daha özü-özünü inkar edir: “Maraqlıdır ki, Ermənistan tərəfi suala verdiyi cavabla bir daha özü-özünü təkzib etmiş olur. Xatırlatmaq istərdik ki, bir müddət öncə məhz Ermənistan münaqişənin həlli ilə heç bir əlaqəsi olmayan və ortaq dil dəyərləri ətrafında birləşən dövlətləri bir araya gətirən Beynəlxalq Frankofoniya Təşkilatının Yerevanda keçirilən sammitinin yekun bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar müddəalar daxil edib və bundan özünün "diplomatik uğuru" ilə bağlı ucuz şoular düzəltmək üçün istifadə etməyə çalışıb”.

5 Noyabr 2018 11:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə