Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi seminar keçiriləcək

2018-ci il noyabrın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçiriləcək.

www.science.gov.az saytı yazır ki, tədbir AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. Seminar XX əsrin ikinci yarısı, xüsusilə də 1960-1980-ci illər Azərbaycan mədəniyyətinin Qərb mədəniyyəti ilə qarşılıqlı münasibətləri kontekstində yeni akkultural situasiya, milli mədəniyyətin həmin mərhələ üçün strateji seçimi olan inteqrasiya prosesləri, onun etnomədəni sistem bütövlüyü, bu sistemdə ənənəvi mədəniyyətin, folklorun tənzimləyici parametr funksiyası və s. kimi elmi məsələlərin müzakirəsinə həsr olunur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

3 Noyabr 2018 16:54 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə