Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2018-ci ilin iş planı və kollegiya qərarlarının icrası ilə əlaqədar Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən 31 oktyabr 2018-ci il tarixində Sabirabad rayonunda regionun Mərkəzi kitabxana sisteminin işçiləri üçün “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa keçirilib.

Giriş sözündə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov tədbir iştirakçılarını salamlamış, sonra söz mərkəzin direktoru , fəlsəfə doktoru Ramazan Şabanova verilmişdir. Ramazan Şabanov kitabxanaların mədəniyyətin inkişafında rolundan, bəşər mədəniyyətinin inkişafının əsas vasitəsi olan kitabxanaların inkişaf mexanizmi və müasir dövrdə qarşılaşdığı problemlərdən söz açmış, daha sonra iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış etmişdir.

“Kitabxana mədəniyyət fenomeni kimi” mövzusu ilə mərkəzin direktor müavini Nəzakət Rəhmanova, “Kitabxanaların fandrayzinq fəaliyyəti” mövzusunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı, Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun aspirantı Natiq Mürsəlov, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının “Mədəniyyət Konsepsiyası” mövzusunda mərkəzin baş metodisti Samirə Cəlilova, “Kitabxana işində innovasiyalar” mövzusu ilə mərkəzin tədris metodika kabinetinin müdiri Aygün Hüseynova və “İnformasiya cəmiyyətinin xüsusiyyətləri: elektron kitabxanalar, elektron katolq” mövzusunda Ədliyyə Akademiyasının “İnformasiya resursları” şöbəsinin  əməkdaşı Ruhiyyə Məmmədova çıxış etmişlər. Çıxışlar video slaydlarla təqdim olunmuşdur.

Tədbirdə həmçinin səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova, səyyar tədrisin təşkili bölməsinin metodisti Türkan Həsənova, regionun nümayəndələri, Mərkəzi Kitabxana Sisteminin direktorları və 90 nəfərə yaxın kitabxana işçisi iştirak etmişdir.

 

 M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Noyabr 2018 11:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə