Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqili teatrın yaradıcı gəncləri xarici qonaqları təəccübləndirdilər

“Four Seasons Hotel”də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq, təbliğ etmək məqsədilə Rusiya Federasiyası, İngiltərə, Portuqaliya, İtaliya  və dünyanın digər yerlərindən ölkəmizə gələn qonaqlar üçün yaddaqalan şou-proqram təqdim olunub.

Proqramda Azərbaycanın incəsənət ustalarının nümayiş etdirdiyi nömrələr sırasında Musiqili teatrın əməkdaşı Zaur Əliyevin quruluşunda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası da təqdim olunub. Əsərdə coşqun ruhlu baş qəhrəmanlar — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbəti, Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və s. kimi obrazların özünəməxsusluğu pantomim hərəkətlərlə göstərilib.

Musiqili klassik pantomim janrında ifa olunan bu səhnəcik aktyorların pantomim hərəkətləri, milli geyimlərinin rəngarəngliyi ilə xarici turistlərin diqqətini çəkib, xüsusi rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Tamaşanı Musiqili teatrın gənc aktyorları - Əmrah Dadaşov, Ruslan Mursəlov, Nərmin Əliyeva, Fərid Muradoğlu, Pərvin Dadaşov, Eleanora Mehdiyeva, həmçinin, teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının gənc istedadları - Nadir Rzayev, Nigar Qarayusifli ifa ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

3 Noyabr 2018 11:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Aprel 2020 | 10:50
Nəriman Nərimanovun – 150

Köhnə versiyamızdan xəbərləri izlə