Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azerbaijan Fashion Week”in səkkizinci mövsümü başlayır

Azərbaycan Moda Həftəsinin 8-ci mövsümünün əsas vizual obrazları kimi Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevin əsərlərindən istifadə edilib

Muzey Mərkəzində “Azerbaijan Fashion Week” (AFW) — ölkəmizin rəsmi moda həftəsinin 8-ci mövsümü keçirildi. AFW-nin 8-ci mövsümünün rəsmi sloqanı "Art meets fashion" kimi səslənir. Həftənin təşkilatçıları mövsümün əsas mövzusunu aydın ifadə edərək,  həmçinin nümayişlər üçün əsas meydançanın seçimi ilə bunu bir daha vurğulamağa qərar veriblər.

Modaya xas olan yaradıcı başlanğıca baxmayaraq, ilkin olaraq, o, yalnız kommersiya mahiyyətinə əsaslanan istehlak məhsulu kimi qəbul edilirdi. İncəsənət isə, daha yüksək estetik sahəyə aid olunurdu. Bu gün isə ilk növbədə əl ilə yaradılan və kütləvi istehlak üçün nəzərdə tutulmayan yüksək moda, ümumiyyətlə, sənətin ayrı bir sahəsi hesab olunur. Muzeylərdə getdikcə daha çox moda sərgilərinin keçirilməsi faktı isə sənət və moda arasında olan sərhədlərin daha da çox silinməsinə səbəb olur.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFW” də təşkil olunacaq. “Showroom АFW”nin əsas məqsədi  butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, öz brendini tapmaq və öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Noyabr 2018 11:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə