Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabı nəşr olunub

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, musiqişünas Zemfira Qafarovanın tərtibçisi olduğu “Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabının nəşri başa çatdırılıb.

Kitab Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun qələmə aldığı, Xəzər neftçilərinin həyatını Avropanın əksər ölkələrində uzun illər təbliğ etmiş “Xəzər balladası”nın 50 illiyinə həsr olunub.

“Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabı “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Noyabr 2018 10:57 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə