Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“QRU” – Baş Kəşfiyyat İdarəsi qayıdır

“QRU” – Baş Kəşfiyyat İdarəsi qayıdır

Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi kəşfiyyatının əvvəlki adını bərpa etmək təklifini irəli sürüb.

Vladimir Putin bu barədə Rusiyada qeyd olunan Hərbi Kəşfiyyatçılar Günü və Silahlı Qüvvələr Baş Qərargahı Baş İdarəsinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə danışıb. Rusiya Prezidenti bildirib ki, hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi adlandırmaq lazımdır.

Qeyd edək ki, hələ sovet dövründə kəşfiyyat idarəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (rus dilində QRU) adlanırdı. SSRİ dağılandan sonra, 1992-ci ildə idarənin adında “SSRİ” “Rusiya Federasiyası” ilə əvəz edilib. 2010-cu ildə qurumun adından “kəşfiyyat” sözü götürülüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Noyabr 2018 10:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə